Festivalda bütün gözlər türk gözəllərinə DİKİLDİ – FOTO

Festivalda bütün gözlər türk gözəllərinə DİKİLDİ – FOTO
16:48 15 May 2019
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dünən Kann Kino Festivalının açılış mərasimi baş tutub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılışda aktrisa Dilan Çiçək Dənizlə Məryəm Üzərli də iştirak edib. Hər iki aktrisa gecədə geyimləri ilə böyük diqqət toplayıb.

Hakan Yıldırım imzalı mavi libası ilə qırmızı xalçada poza verən Dilan Çiçək Dəniz “Messika” zərgərlik evinin özəl zinət əşyası ilə diqqət mərkəzində olub. O, obrazını hər biri diqqətlə seçilmiş 25 ədəd damla şəklində brilyantdan hazırlanan, 800 min avroluq boyunbağı, sırğa və bilərziklə tamamlayıb. Aktrisanı qırmızı xalçada mühafizəçilər qoruyub.

Məryəm Üzərli isə hər zamankı kimi geyimi ilə gündəm yarada bilib. Şəffaf ziyafət libasında fotolarını paylaşan ulduzun bu geyimi bir qrup modapərəstlər tərəfindən bəyənilsə də, digər qrupun kəskin tənqidi ilə qarşılaşıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/278806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR