Naxçıvanda pivə istehsalı artırılacaq

Naxçıvanda pivə istehsalı artırılacaq
17:01 15 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Mətanət Nəsibova - Trend:

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Prestij Naxçıvan Pivəsi” şirkəti məhsul istehsalını artırmağı planlaşdırır.

Bunu Trend-ə şirkətin direktoru Seyfəddin Rəhimov deyib.

Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, şirkətin pivə məhsuluna Naxçıvanda, eləcə də Azərbaycanda böyük tələbat var:

“Biz daxili tələbatı tam təmin etmək üçün istehsalatı genişləndirməyi planlaşdırırıq. Hələlik ölkə xaricinə ixrac nəzərdə tutmuruq. Bu məsələ bu il üçün şirkətin gündəliyində deyil”.

Qeyd edək ki, “Prestij Naxçıvan Pivəsi” şirkəti İtaliya, Çexiya, MacarıstanAlmaniya avadanlıqları ilə təchiz edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3046772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR