Nazir ayağı qırılan futbolçunu ziyarət etdi - FOTO

Nazir ayağı qırılan futbolçunu ziyarət etdi - FOTO
17:12 15 May 2019
78 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Super Liqanın 32-ci turunda keçirilən "Rizəspor"la qarşılaşmada (3:2) ayağı qırılaraq, əməliyyat olunan "Qalatasaray"ın futbolçusu Əmrə Akbabanı ziyarət edib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Əmrənin əməliyyat olunduğu xəstəxanaya baş çəkən nazir, futbolçunun vəziyyəti ilə maraqlanıb. Eyni zamanda, "Alanyaspor"un fəxri prezidenti olan Çavuşoğlu, əvvəllər bu klubda oynamış Akbabaya, "hələ gəncsən, daha tez sağalarsan" deyərək, dəstək olub.

Əməliyyatdan sonra ilk dəfə açıqlama verən Akbaba, bunları deyib:

"Acımı paylaşan hər kəsə təşəkkür edirəm. Uğurlu əməliyyatdan sonrakı çox əhəmiyyətli dövr başladı. Dayanmaq yoxdur, hamınızı sevirəm".

Ayaq biləyi qırılan futbolçu uzun müddət yaşıl meydanlardan kənar qalacaq. Onun növbəti mövsümdə forma geyinə bilməyəcəyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/755063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR