Problemli kreditlərlə bağlı vətəndaş şikayətləri olurmu? - VƏKİL

Prezidentin “ Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərman əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək üçün atılan təqdirəlayiq addımlardam biridir.

Əhalinin kredit borclarının kompensasiyası prosesi iyun ayının əvvəlinə kimi ödənilməsi nəzərdə tutulub. Bəs bu müddət ərzində vətəndaşlar banklarla bağlı hər hansı problemlərlə üzləşiblərmi?

Məsələ ilə bağlı vəkil Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında deyib ki, bir vətəndaş devalvasiyadan əvvəl 2-3 min dollar civarında banklardan birindən kredit götürüb. Bank zəng edərək pulu istəyib. Kriteriyaalra görə əgər kredit devalvasiyadan əvvəl götürülübsə, bu kreditə görə dövlət kompensasiya ödəyəcəksə, söhbət dövlətin banklar vasitəsilə ödədiyi kompensasiyadan gedir, bununla bağlı restruktrizasiya olacaqsa, müddət qoyulacaqsa, bank əməkdaşının vətəndaşdan zəng edib sözügedən məbləği tələb etməsi fərmanın mahiyyətinə uyğun deyil.

Vəkil bu məsələ ilə bağlı vətəndaşa gözləmə mövqeyində olmağı məsləhət görüb.

Qeyd edək ki, fərmanda qeyd edilib ki, güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq. Yəni, birinci devalvasiyaya qədər olan kreditlərdə "ana borc" yerində qalacaq. Devalvasiya nəticəsində artan borc məbləği (hər dollara görə 25 qəpik) dövlət tərəfindən ödəniləcək.

Birinci devalvasiyaya kimi götürülmüş on min ABŞ dollarına qədər borcun məzənnə fərqini dövlət öz üzərinə götürür. Amma "ana borc" və onun üzərinə gələn faizlərlə bağlı fərmanda heç bir göstəriş yoxdur.

Məsələn, devalvasiyadan öncə 1000 dollar borc götürmüsünüzsə və devalvasiya nəticəsində borcunuz artıbsa, 1000 dolları və ona təyin edilmiş faizləri yenə də özünüz ödəməli olacaqsınız. Birinci devalvasiya ilə ikinci devalvasiya arasında götürülmüş borclarla da bağlı fərmanda o yazılıb ki, ikinci devalvasiyaya qədər götürülmüş borclarda "ana məbləğ" 1 manat 5 qəpik məzənnə ilə qaytarılacaq.

Amma devalvasiyadan dəymiş zərərin məbləği (hər dollara görə 60 qəpik) dövlət tərəfindən ödəniləcək.

Yəni, birinci və ikinci devalvasiya nəticəsində yaranmış məzənnə fərqi dövlət tərəfindən ödənilir. İkinci devalvasiyadan sonra götürülmüş valyuta kreditlərinə isə ümumiyyətlə aid edilmir.

Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR