"Barselona" "Benfika"nın təklifini rədd etdi

"Barselona" "Benfika"nın təklifini rədd etdi
19:57 15 May 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" klubdan ayrılacağını bəyan edən Yasper Sillessen üçün "Benfika"dan transfer təklifi alıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, Portuqaliya klubu hollandiyalı qolkiperin transferi üçün 10 milyon avro ödəməyə hazır olduğunu bildirib. Kataloniyalılar isə bu təklifi qəbul etməyib. Xəbərdə "Barselona"nın 60 milyon avroluq sərbəst qalma dəyəri olan Sillessen üçün ən azı 30 milyon avro tələb etdiyi qeyd edilib.

2016-cı ildə "Ayaks"dan 13 milyon avroya transfer edilən Sillessenin "Barselona" ilə müqaviləsi 2021-ci ilə qədərdir. 30 yaşlı qapıçı cari mövsüm 7 oyunda forma şansı qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/755125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR