OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya və Nigeriya artırıb

OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Liviya və Nigeriya artırıb
22:22 15 May 2019
75 Dünya
Ölkə mətbuatı
A- A+

Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 60 min barrel artaraq sutkada 30 milyon 210 min barrelə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 570 min barrel təşkil edib. Bununla da, apreldə OPEC üzrə ümumi istehsal sutkada 35 milyon 780 min barrel olub.

Hesabat ayında OPEC üzrə neft istehsalının artımı ən çox LiviyaNigeriyada baş verib. Liviyanın hasilatı 100 min barrel artımla sutkada 1 milyon 170 min barrel, Nigeriyada isə istehsal 100 min barrel çoxalaraq gündəlik 1 milyon 790 min barrel təşkil edib. İraqda isə neft hasilatı 70 min barrel artaraq sutkalıq 4 milyon 630 min barrelə yüksəlib.

OPEC-ə üzv ölkələr arasında apreldə neft istehsalı ən çox azalan ölkələr İran və Venesuela olub. İranın hasilatı 130 min barrel geriləyərək sutkada 2 milyon 610 min barrel olub. Venesuelanın neft istehsalı isə 40 min barrel düşərək gündəlik 830 min barrel təşkil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/755026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR