BMT-nin baş katibi Fars körfəzindəki artan gərginliklərdən narahatdır

BMT-nin baş katibi Fars körfəzindəki artan gərginliklərdən narahatdır
22:36 15 May 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

BMT-in Baş katibi Antonio Quttereş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatçılığı ilə Körfəz bölgəsindəki son hadisələri izləyir.

Baş katib xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib, faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb etmək üçün gələcək istintaqa ehtiyac olduğunu vurğulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3062687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR