Hindistanda ticarət mərkəzində partlayış törədilib - Yaralılar var

Hindistanın şimal-şərqində, Quvaxati şəhərində partlayış olub.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, hadisədə 6 nəfər yaralanıb, 2-nin vəziyyəti ağırdır.

Terrorçuların ticarət mərkəzinə qumbara atdığı bildirilir. Partlayışa görə məsuliyyəti "Assamanın azadlığı cəbhəsi" terror qruplaşması öz üzərinə götürüb.

Ərazi polis tərəfindən nəzarətə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR