Mourinyo PSJ-ni çalışdıra bilməz, çünki...

Mourinyo PSJ-ni çalışdıra bilməz, çünki...
23:22 15 May 2019
102 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"dən ayrıldıqdan sonra adı bir çox klubla yanaşı çəkilən Joze Mourinyo növbəti mövsümdə PSJ-ni çalışdıracağı ilə bağlı yayılan iddialara cavab verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Paris təmsilçisini çalışdırmağının mümkünsüz olduğunu deyib:

"Mənim PSJ-də işləməyim mümkünsüzdür, çünki baş məşqçisi olan bir klubu çalışdıra bilməzsiniz. PSJ çox vacib ulduz futbolçuları olan, amma hələ Avropada kubok qazana bilməmiş bir klubdur. Bu, çox vacib bir məsələdir. Bu məsələ baş məşqçilər üçün də eyni dərəcədə əhəmiyyətlidir. Yüksək səviyyədə ola bilərsiniz, amma karyeranızın sonunda hələ də Avropada kubok qazanmamısınızsa, bu, çox vacib boşluq olar".

Fransa Liqa 1-də növbəti dəfə çempion olan PSJ, Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"ə məğlub olaraq, mübarizəni dayandırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/755211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR