Baş katib: Fars körfəzindəki son hadisələr...

Baş katib: Fars körfəzindəki son hadisələr...
01:23 16 May 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin Baş katibi Antonio Quterreş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş katibin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.

S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatlığı ilə Körfəz bölgəsindəki son hadisələri izləyir.

Baş katib xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib, faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb etmək üçün gələcək istintaqa ehtiyac olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/278865.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR