Nigerdə pusquya düşərək öldürülən əsgərlərin sayı 29 nəfərə çatıb

Nigerdə pusquya düşərək öldürülən əsgərlərin sayı 29 nəfərə çatıb
05:02 16 May 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Niger ordusunun Mali ilə sərhəddə pusquya düşərək öldürülən əsgərlərinin sayı 29-a çatıb.
"Report"un məlumatına görə, bu barədə təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yerli "ActuNiger" portalı bildirib.
Qeyd edilir ki, öldürülənlərin sayı arta bilər.
Daha əvvəl Niger hökumətinin nümayəndəsi bildirib ki, hücum ölkənin cənub-qərbindəki Tillaberi regionunda, Tonqa-Tonqa şəhəri yaxınlığıında olub. Pusquya 52 əsgər düşüb. Onlardan yalnız 22-i iki saatlıq döyüşdən sonra bazaya qayıtmağa nail olub.
Daha əvvəl bildirilirdi ki, hücum zamanı 17 əsgər həlak olub, 10-dan çox hərbi qulluqçu itkin düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigerde-pusquya-salinib-oldurulen-esgerlerin-sayi-29-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR