İŞİD İraqda polis əməkdaşlarına qarşı hücumlar təşkil edib

İŞİD İraqda polis əməkdaşlarına qarşı hücumlar təşkil edib
05:47 16 May 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması İraqda polis əməkdaşlarına hücum edib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi bildirib.
Məlumata görə, hadisə Kərkükdə baş verib. Terrorçuların federal polis əməkdaşlarına ayrı-ayrılıqda iki hücumu zamanı 6 asayiş keşikçisi həlak olub.
Qeyd edilir ki, ilk hücum Riyad qəsəbəsində, Ələviyə yaxınlığında baş verib. Terrorçuların avtomatlardan açdıqları atəş nəticəsində 4 polis əməkdaşı öldürülüb.
Rəşad qəsəbəsinin Telsuse kəndi yaxınlığında polisə hücum edən İŞİD silahlıları daha 2 polisi öldürüblər.
Bölgədə terrorçulara qarşı irimiqyaslı əməliyyat başlayıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-si-d-i-raqda-polisiere-hucum-edib-6-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR