Suriyada atəş:8 nəfər həlak olub

Suriyada atəş:8 nəfər həlak olub
07:47 16 May 2019
89 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində səkkiz suriyalı, o cümlədən iki uşaq həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Suriyada düşmən tərəflərinin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Viktor Kupçişin bildirib.

Onun sözlərinə görə, atışmalar həmçinin Latakiya əyalətinin Haddada, Nəxşebba, Ruyeset-İskəndər, Cüb-əz-Zərur və Saraf, Ham əyalətinin Əl-Huaş və Skalbiya, Hələb əyalətinin Tell-Metvazi və Əl-Nayrab yaşayış məntəqələrində qeydə alınıb.

V.Kupçisin deyib: "Hələb əyalətinin Əl-Nayrab yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində səkkiz Suriya vətəndaşı, o cümlədən iki uşaq həlak olub, on dinc sakin xəsarət alıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/755223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR