Son anda yanğından xilas oldular- QORXU DOLU ANLAR

Türkiyənin Adana şəhərində binalardan birində yanğın çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, yanğın Seyhan rayonunun Yeni Baraj məhəlləsindəki bir binanın zirsəmisində başlayıb.

Yanğını görən vətəndaşlar dərhal yanğınsöndürmə briqadası çağırıblar. Yanğını qısa müddətə söndürmək mümkün olub.

Evi tamamilə yanan ailə içərisində uşaq da olmaqla son anda xilas ola biliblər.

Dumandan təsirlənən 4 nəfər xəstəxanaya aparılıb.

Yanğın nəticəsində ətrafdakı bəzi maşınlara da maddi ziyan dəyib.

Aysel Yaqubqızı / Metbuat.az



Hindistanda ticarət mərkəzində partlayış törədilib - Yaralılar var



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR