Anar Ağakişiyev İsraildə qəzaya düşdü - Gözünə 4 tikiş qoyuldu

Anar Ağakişiyev İsraildə qəzaya düşdü - Gözünə 4 tikiş qoyuldu
10:23 16 May 2019
Ölkə mətbuatı
A- A+

“Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevin stilisti, qrimçi Anar Ağakişiyev İsraildə qəza keçirib.

Publika.az xəbər verir ki, bu barədə stilist özü məlumat verib. O, verdiyi açıqlamada etiraf edib ki, qəza yüngül olsa da, çox qorxub:

“Yüngül qəza idi, amma nə yalan danışım mənim kimi heç nədən qorxmayan adam çox böyük qorxu hissi keçirtdim. Həm qərib ölkədəyik, həm də gözüm yaralandı. Motosikletdən aşdım, tək minmişdim. Sağ olsunlar bizim nümayəndəlik rəhbəri və bütün nümayəndələr yardım etdi. Gözümə 4 tikiş qoyuldu, təxminən 10 gündən sonra açılacaq. Bakıya qayıtdıqdan sonra yenidən MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçəcəm".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/278887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR