"İnformasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib": Ramin Quluzadə

"Son dövrlərdə informasiya texnologiyaları sektorunda yeni inkişaf trendləri meydana gəlib".

Metbuat.az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə keçirilən "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi çərçivəsində "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti" ndə çıxışı zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, blokçeyn qlobal fenomenə çevrilib: "Blokçeyn texnologiyalarının ölkədə tətbiqi geniş araşdırılmalıdr. Nazirlik bu istiqamətdə göstərilən təşəbbüsləri dəstəkləyir. Ölkədə Nazirliyin dəstəyi ilə ölkədə blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.

Nazirliyin Data Mərkəzi blokçeyn blud texnologiyaları, böyük məlumatların emalı istiqamətində bu proseslərə texniki dəstək ola bilər. Data Mərkəz yerli və beynəlxalq qurumlara geniş imkanları çərçivəsində blud xidmətlərini təşkil edir. Nazirliyin fəaliyyət istiqamətlərindən biri də innovativ layihələrə dəstək verməkdir. Ölkədə startapların inkişaf etdirilməsi üçün müxtəlif layihələr, təlimlər keçirilir".

Günay Elşadqızı / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR