Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə

Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə
10:50 16 May 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Sara İsrafilbəyova - Trend:

Hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sistemi və blokçeyn texnologiyalarının tətbiqi üzərində işləyir.

Trend-in məlumatına görə, bunu AMB İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyev bildirib: "Ani ödəniş sistemi dünyada ən qabaqcıl sistemlərdən biridir və 50-dən çox ölkə bu sistemdən istifadə edir".

Onun sözlərinə görə, AMB blokçeyn texnologiyaları sahəsində "IBM" şirkəti ilə əməkdaşlıq edir ki, bu, Azərbaycanda iqtisadiyyatın rəqəmsal transformasiyasına yardım edəcək.

Sədr müavini deyib: "Bank sektorunda blokçeyn sistemindən istifadə banklara öz müştərilərinə daha yüksək və təhlükəsiz səviyyədə xidmət göstərməyə imkan verəcək".

A.Qulilyev qeyd edib ki, yeni texnologiyalardan istifadə əməliyyatların avtomatlaşdırılmasına, eləcə də bankların itkilərinin minumuma endirilməsinə kömək edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/finance/3062839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR