Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO

Azərbaycanlı pəhləvan növbəti dəfə rusiyalıları heyrətə gətirdi - VİDEO
11:17 16 May 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın İrkutsk şəhərində yaşayan tanınmış azərbaycanlı pəhləvan Əmir Babayev şəhərdə yaşayan həmyerlilərimizi Azərbaycan Respublikası Günü münasibətilə təbrik edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, pəhləvan göstərdiyi nömrələrlə şəhər sakinlərini heyran edib.

Onun ən çətin nömrəsi 15 tonluq yük avtomobilini saçları ilə 10 metr dartması olub.

Bundan başqa, o, üzərində adam oturmuş stulu dişləri ilə qaldırıb və qılıncların üzərində gəzib.

Xatırladaq ki, bu il mayın 2-də pəhləvanımız Rusiyanın Blaqoveşensk şəhərində "Kulturnıy Qorod" (Mədəni şəhər) festival hərəkatının açılışında da iştirak edib. 44 yaşlı Əmir pəhləvan artıq 20 ildən çoxdur ki, belə nümayişlər keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/755276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR