“Çelsi” Bakıya itki ilə gələ bilər

“Çelsi” Bakıya itki ilə gələ bilər
11:29 16 May 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Çelsi” klubu Avropa Liqasının Bakıda keçiriləcək final oyununa itki ilə çıxmaq təhlükəsi ilə üzləşib.
 
ONA-nın məlumatına görə, London təmsilçisinin futbolçusu Ruben Loftus-Çikin mayın 29-dakı matçdakı iştirakı sual altına düşüb.
 
Buna futbolçunun zədələnməsi səbəb olub. “Nyu-İnqlend Revolution”la yoxlama görüşündə xəsarət alan yarımmüdafiəçi bu səbəbdən əvəzlənib. Futbolçunun “Arsenal”la görüşdəki iştirakı müayinələr və müalicənin axarından asılı olacaq.
 
Qeyd edək ki, “Çelsi” yoxlama oyununda 3:0 hesabı ilə qalib gəlib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR