Metaləritmə sexində cinayət: iki nəfər saxlanıldı

Metaləritmə sexində cinayət: iki nəfər saxlanıldı
11:59 16 May 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə şəhər ərazisindəki müəssisələrin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, zərərçəkmiş Bakı şəhər sakini T.Ələsgərov 2018-ci ilin dekabr ayından bu il may ayının 14-dək olan müddətdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Azərbaycan məişət malları” ASC-nin həyətində icarə əsasında işlətdiyi metaləritmə sexindən 31 ton əlvan metal qırıntılarının oğurlandığını bildirib.
 
Müraciətlə əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt sakinləri A.Kərimov və R.Əzizovu müəyyən edərək saxlayıblar.
 
Araşdırmalarla onların qeyd edilən əlvan metal qırıntılarını şəhər sakini olan bir nəfərə satdıqları müəyyən edilib.
 
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314723

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR