“Qarabağ”dan ayrılan futbolçu karyerasını bitirə bilər

“Qarabağ”dan ayrılan futbolçu karyerasını bitirə bilər
12:02 16 May 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Ötən həftə “Qarabağ”dan ayrılan futbolçu Jakub Jezniçak karyerasını başa vura bilər.
“Report”un məlumatına görə, 33 yaşlı polşalı müdafiəçi bu barədə şəxsi “Twitter” hesabında yazıb. O, Polşa çempionatının XXXVI turunda uzum müddət kapitanı olduğu “Legiya”nın səfərdə “Yagelloniya”ya 0:1 hesabı ilə uduzaraq çempionluq şansını çətinə salmasından sonra bunları qeyd edib: “Ürəyim ağrıyır. Dostuma dedim ki, “Pyast” çempion osla, karyeramı başa vuracağam. Bəlkə də vaxtı çatıb”.
Qeyd edə ki, mayın 19-da Polşa çempionatına yekun vurulacaq. Sonuncu turda 69 xala malik “Pyast” evdə “Lex”i məğlub edərsə, “Legiya” – “Zaqlembe” matçının nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə çempion tituluna sahib çıxacaq. Jezniçakın sabiq komandasının 67 xalı var. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qarabag-dan-ayrilan-futbolcu-karyerasini-bitire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR