Çimərliklərdə mövsümə qızğın hazırlıq gedir - VİDEO

Çimərliklərdə mövsümə qızğın hazırlıq gedir - VİDEO
12:05 16 May 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

May ayının 6-dan etibarən çimərliklərdə monitorinqlərə başlanıb.

Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, ilk olaraq Xəzər rayonu ərazisində yerləşən çimərliklərdə tədqiqat işləri aparılıb.

O bildirib ki, ötən il Səbail və Qaradağ rayonu ərazisində olan çimərliklərdən vətəndaşların istifadəsi məqsədəuyğun hesab edilməyib və buna görə də hazırda həmin ərazilərdən su nümunələri götürülərək araşdırılır.

Biz də hazırda çimərliklərin hansı vəziyyətdə olduğunu, hazırlıq işlərinin necə aparıldığını görmək üçün paytaxtın bir neçə ərazisinə - Buzovna, Nardaran və Pirşağı çimərliklərinə üz tutduq.

Baş çəkdiyimiz çimərliklərdə artıq bir neçə gündür yeni mövsüm üçün hazırlıq işlərinə başlanılıb. İşlərin yekunlaşdırılması isə may ayının sonuna kimi nəzərdə tutulur.

Daha ətraflı Baku TV əməkdaşlarının hazırladığı videosüjetdə:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/755293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR