“Intel”in prosessorları ilə işləyən milyonlarla kompüter təhdid altındadır

“Intel”in  prosessorları ilə işləyən milyonlarla kompüter təhdid  altındadır
12:35 16 May 2019
Ölkə mətbuatı
A- A+

2011-ci ildən sonra çıxarılmış bütün “Intel” prosessorlarında “ZombieLoad” adlı boşluq tapılıb. Sözügedən boşluqdan istifadəçilərin məlumatını oğurlamaq üçün istifadə etmək mümkündür. “Intel” rəhbərliyi bu məlumatı təsdiq edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, hücum “Intel” çipinin mikrokodunda aşkar edilmiş 4 səhvin köməyi ilə həyata keçirilir. Boşluq 2018-ci ildə aşkar edilmiş “Meltdown” və “Spectre”i xatırladır.

 

"ZombieLoad hücumu məxfi məlumatları və açarları oğurlamağa imkan verir” – boşluğu aşkar etmiş tədqiqatçılar yazırlar. Bu, istifadəçinin fərdi məlumatları (brauzerin tarixçəsi, veb-saytların tərkibi, parollar), həm də sistem məlumatları (diskin şifrlənmə açarları) ola bilər.

 

“Apple”, “Microsoft” və “Google” şirkətləri artıq bu boşluğu aradan qaldıran yeniləmələr çıxarıblar.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-60785-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR