"İnanclı insanların heysiyyətini təhqir etməyin söz azadlığı ilə əlaqəsi yoxdur"

"İnanclı insanların heysiyyətini təhqir etməyin söz azadlığı ilə əlaqəsi yoxdur"
14:08 15 Yanvar 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

İnanclı insanların heysiyyətini təhqir etməyin söz azadlığı ilə əlaqəsi yoxdur. Trend-in cümə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə inanclı insanların, xüsusilə də müsəlmanların heysiyyətini təhqir etməyə yol verməyəcək.

Ə. Davudoğlu qeyd edib ki, Türkiyədə Məhəmməd peyğəmbərin karikatularının dərc edilməsi yolverilməzdir: "Söz azadlığı və təhqir arasında böyük fərq var".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR