ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul etdi

ABŞ konqresi Ankaraya qarşı qətnamə qəbul etdi
13:37 16 May 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresi Türkiyəni Rusiyanın "S-400" zenit-raket komplekslərini almasından daşındırmaq üçün Ankaraya yeni təzyiqlər göstərməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nümayəndələr Palatasından olan demokratlar və respublikaçı konqresmenlər Ankaranı Moskva ilə sövdələşmədən imtina etməyə çağırıb.

Qəbul olunmuş tövsiyə xarakterli qətnamədə, Nümayəndələr Palatasının üzvləri Rəcəb Tayyip Ərdoğanı ABŞ-Türkiyə tərəfdaşlığına və Türkiyənin NATO-dakı roluna ziyan vura biləcək hərbi əməkdaşlığa (Moskva ilə - red.) son qoymağa səsləyib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyənin Rusiya ilə əməkdaşlığı qurban verməyəcəyini və zenit-raket komplekslərinin ölkəyə gətirilməsini ertələmək fikrində olmadıqlarını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/755317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR