Məşhur futbolçu Bakıda səhər yeməyində "Arsenal" azarkeşlərinə çağırış edib

Məşhur futbolçu Bakıda səhər yeməyində "Arsenal" azarkeşlərinə çağırış edib
13:47 16 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Ulduz səfirlərindən olan Fransa millisinin futbolçusu Rober Pires Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə bağlı sabiq komandası – İngiltərə “Arsenal”ının azarkeşlərinə çağırış edib.
“Report” xəbər verir ki, Bakıda səhər yeməyi masası arxasında əyləşən 46 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsi ilə fikirlərini çatdırıb: “Salam, “Arsenal” fanatları. İndi Bakıdayam, səhər yeməyi yeyirəm. İkinci dəfədir Azərbaycandayam. Möhətəşəm final üçün burada hər şey hazırdır. Sizi burada gözləyirəm”.
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/meshur-futbolcu-bakida-seher-yemeyinde-arsenal-azarkeslerine-cagiris-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR