"Bankların kapitallaşması yüksəlib, eyni zamanda artıq dayanıqlılıq artıb": Zakir Nuriyev

"Bankların sağlamlaşdırılma prosesi, onların kapitallaşdırılması, korporativ idarəetmə sistemlərinin təkmilləşdirməsi və s. tədbirlər uzun müddətlidir".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə görə, proseslər davam edir və buna təkan verən amillərdən ən önəmlisi Prezidentin problemli kreditlərin həlli ilə bağlı imzaladığı fərman olub:

"Hazırda imzalanmış məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üzrə fərman da prosesdə rol oynayacaq. Burada həm məhkəmə qərarlarının icrası məsələləri banklar üçün əhəmiyyətlidir, eyni zamanda problemli məsələlərin məhkəmələrdə baxılması məsələsi çox önəmlidir. Bütün qəbul edilmiş fərmanlar, görülmüş tədbirlər kompleks şəkildə problemin həllinə köməklik göstərəcək. Proses olduqca sürətlə gedir".

Z.Nuriyev qeyd edib ki, hazırda bankların kapitallaşması yüksəlib, eyni zamanda artıq banklarda dayanıqlılıq artıb:

"Banklar yenidən iqtisadiyyatın aktiv şəkildə kreditləşməsi imkanı əldə ediblər. Banklarda izafi likvid vəsaitlər formalaşıb, bunlar uzun müddətli vəsaitlərdir və banklar bu vəsaitləri kiçik və orta biznesin kreditləşməsini və daha uzun müddətli olmasına sərf edə biləcək. Bu da bankların həm sağlamlaşmasına, həm kapitallaşmasına, həm də gəlirliliyin artmasına xidmət edəcək".

Günay Elşadqızı /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR