Azərbaycana qanunsuz yolla avtomobil ehtiyat hissələri keçirən Türkiyə vətəndaşı saxlanılıb

Azərbaycana qanunsuz yolla avtomobil ehtiyat hissələri keçirən Türkiyə vətəndaşı saxlanılıb
14:29 16 May 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Türkiyə Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin baqajındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 183 ədəd manometr və 48 ədəd manometrə aid hissələr, 29 ədəd avtomobil ehtiyat hissələri, 48 ədəd metal boru və 48 ədəd elektrik cihazı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3062943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR