"Sabah" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq

"Sabah" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq
15:22 16 May 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

“Sabah” futbol komandasının 2019/2020 mövsümü üçün hazırlıq planı bəlli olub.
Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollektiv iyunun 17-də Bakıda toplaşacaq. Paytaxtda baş tutacaq hazırlıq iyulun 13-dək davam edəcək. Bu müddətdə 4 yoxlama oyunu nəzərdə tutulub.
Hazırlığın ikinci mərhələsi isə Türkiyənin Bolu şəhərində olacaq. Paytaxt komandası iyulun 16-da qonşu ölkəyə yollanacaq. Buradakı hazırlıq prosesi iyulun 29-dək davam edəcək. “Sabah” Boluda 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Qeyd edək ki, "Sabah" 2018-2019 mövsümünü 27 xalla 7-ci pillədə başa vurub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/sabah-telim-mesq-toplanisi-ucun-turkiyeye-yollanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR