Gürcüstanda azərbaycanlı məzunlara qızıl və gümüş medallar təqdim olunub

Gürcüstanda azərbaycanlı məzunlara qızıl və gümüş medallar təqdim olunub
18:32 16 May 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Qardabani rayonunda 2016-2017-ci tədris ilində qızıl və gümüş medala layiq görülmüş ictimai məktəblərin məzunları ilə görüş keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə gənclərə medallar təqdim olunub.
Qardabani rayon Resurs Mərkəzində baş tutan tədbirdə rayonun icra başçısı Ramaz Budaqaşvili, sakrebulo sədrinin müavini Rəfi Orucov və digər rəsmi şəxslər iştirak ediblər.
R.Budaqaşvili bildirib ki, 33 məzunun qızıl və gümüş medal alması rayon üçün yaxşı göstəricidir: “20 məzun qızıl, 13-ü isə gümüş medala layiq görülüb. Qardabanidə medal alan məzunların sayının ildən-ilə artması qürurvericidir. Bu göstəriciyə görə müəllim və valideynlərə təşəkkür edirəm”.
R.Orucov məzunlar arasında qızıl medal alanların 7-sinin, gümüş medal alanların isə 2-sinin azərbaycanlı olduğunu bildirib.






Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-azerbaycanli-mezunlara-qizil-ve-gumus-medallar-teqdim-olu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR