Daha bir piyada yolda can verdi

Daha bir piyada yolda can verdi
20:14 16 May 2019
27 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Lent.az Trend-ə istinadən bildirir ki, hadisə Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində qeydə alınıb.
 
Şəhər sakini Yaqubov Rauf Bəxtiyar oğlu "VAZ 2106" markalı 10 EG 568 dövlət nömrə nişanlı avtomobili idarə edərkən, həmin küçə ilə hərəkətdə olan Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səftər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314798

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR