“Con Uik-3” “Park Cinema”da başladı - FOTO

“Con Uik-3” “Park Cinema”da başladı - FOTO
20:37 16 May 2019
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Con Uik-3" "Qisasçılar"ı Amerika boks-ofisinin liderlik sıralarından edə biləcək yeganə filmdir.

Tanınmış "Variety" nəşri bu sözlərlə yenə də göstərdi ki, Kianu Rivzin və franşızanın fanatları onun davamını səbirsizliklə gözləyir.

Ümumi yayıma mayın 16-da çıxsa da, bəzi fanatlar özlərini artıq dünən şanslı hiss etdi. "Park Cinema Park Bulvar" kinoteatrında keçirilən nümayişdə məşhur aktyorlar, rejissorlar, bloqerlər və jurnalistlər toplaşıblar. Filmin özü isə Azərbaycanın yeganə "LaseR" zalında nümayiş olunub.

"Bu həftə "Park Cinema" üçün çox maraqlı alınır, - şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev bildirib. - Dünən "Kino Kino", bu gün isə "Con Uik-3" filminin təqdimatı olub. Mayın 17-də isə "Park Cinema Flame Towers"də "British Film Spring" festivalının açılışı çərçivəsində "Favorit" filmi nümayiş olunacaq".

"Park Cinema" Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində "Flame Towers"də yerləşən "IMAX 3D", "Park Bulvar"da fəaliyyət göstərən "LaseR" və "Metropark"dakı "Birkart Dolby Atmos" zalı var. 
"Park Cinema" IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri "Park Cinema"nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/755268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR