Mikayıl Cabbarov: "Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb"

Mikayıl Cabbarov: "Könüllü vergi ödəmələri nəzərəçarpacaq dərəcədə artıb"
22:02 16 May 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəməni nəzərəçarpacaq dərəcədə artırıb".
"Report" xəbər verir ki, bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.
"Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub. Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır", - deyə nazir qeyd edib.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/m-cabbarov-konullu-vergi-odemeleri-nezerecarpacaq-derecede-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR