Vergilər naziri: "Kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını ayrıca təhlil qrupu izləyir"

Vergilər naziri: "Kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını ayrıca təhlil qrupu izləyir"
22:27 16 May 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləmək üçün Vergilər Nazirliyində ayrıca təhlil qrupu yaradılıb".
"Report" xəbər verir ki, bunu AZTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.
"Bu qrupa makro və mikro iqtisadçılar daxildir. Onlar kölgə iqtisadiyyatının xüsusi çəkisinin dinamikasını izləyir və bu ilin I yarısının yekununda mövcud vəziyyət barədə ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, vergi ödəyicilərinə edilən güzəştlər hesabına "kölgədənçıxma" halları artmqdadır:
"Pərakəndə ticarət, ictimai iaşə və kənd təsərrüfatı məhsulları istehsalı sahələrində əmək müqavilələrinin sayının artması müşahidə edilir. Aqrar sektor xüsusilə qeyd olunmalıdır. Azərbaycanda kənd təsərrüfatı mənfəət vergisindən azad olunduğu üçün bu sahədə çalışanlar işçilərlə bağlı uçotun əhəmiyyətinə diqqət yetirməyiblər. Burada məlumatsızlıq da rol oynayır, amma bir sıra hallarda biznes sahibləri şüurlu şəkildə "kölgəyə çəkilməyə" üstünlük veriblər. Bilmək lazımdır ki, dövlət buna göz yummayacaq. Çünki, uçotdan yayınma rəqabətin pozulmasına, qanunla işləyənin xərclərinin və son nəticədə istehsal etdiyi məhsulun maya dəyərinin yüksək olmasına gətirib çıxarır".


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vergiler-naziri-kolge-iqtisadiyyatinin-xususi-cekisinin-dinamikasini-ayrica-tehlil-qrupu-izleyir-ert

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR