Dünya milyarderlərinin yaşadığı ölkələr və sərvətləri - MƏBLƏĞLƏR

Dünya milyarderlərinin yaşadığı ölkələr və sərvətləri - MƏBLƏĞLƏR
22:52 16 May 2019
Ölkə mətbuatı
A- A+

Hazırda dünyanın ən zəngin insanların üçdə dördü 15 ölkədə yaşayır ki, 2018-ci il üzrə onların ümumi kapitalı 6,8 trln. ABŞ dolları dəyərində qiymətləndirilir. Bu, bütün dünya milyarderlərinin ümumi sərvətinin 79%-ni təşkil edir.

Milli.Az fed.az-a istinadən bildirir ki, "Wealth-X 2019 Billionaire Census" hesabatında bildirilir ki, siyahının 11-ci və 10-cu pillələrini Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa bölüşdürür. BƏƏ-də 55 milyarder mövcuddur ki, onların var-dövləti 165 mlrd. dollar dəyərindədir. Fransada BƏƏ-də olduğu kimi 55 milyarder var, lakin onların kapitalı 195 mlrd. dollar dəyərində qiymətləndirilir.

Reytinqin 9-cu pilləsində Səudiyyə Ərəbistanı qərarlaşıb. Ölkədəki 57 milyarderin varidatı 147 mlrd. dollar təşkil edir. Ümumi kapitalı 284 mlrd. dollar olan 82 milyarder isə siyahının 8-ci pilləsində yer alan Hindistanda yaşayır.

Siyahının 7-ci yeri Honkonqun payına düşüb. Burada yaşayan 87 milyarderin sərvəti 259 mlrd. dollar məbləğində dəyərləndirilir. İsveçrə isə 91 milyarder və onların 240 mlrd. dollarlıq kapitalı ilə reytinqin 6-cı yerini tutur.

Reytinqin 5-ci pilləsində Böyük Britaniya (97 milyarder, 209 mlrd. dollarlıq kapital), 4-cü pilləsində Rusiya (102 milyarder, 335 mlrd. dollar), 3-cü pilləsində Almaniya (146 milyarder, 442 mlrd. dollar), 2-ci pilləsində Çin (285 milyarder, 996 mlrd. dollar), 1-ci pilləsində isə ABŞ (705 milyarder, 3,013 trln. dollar) qərarlaşıb.

Qeyd edək ki, dünya milyarderlərinin sərvətinin 27%-i, ümumi dünya sərvətinin isə 35%-i amerikalı milyarderlərin payına düşür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/754802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR