Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir
23:01 16 May 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən növbəti konsert şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Tacəddin Şahdağlının xatirəsinə həsr olunub.

Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə Xalq artistləri Gülyaz Məmmədova “Düz bir ildir”, Gülyanaq Məmmədova “Xoşum gəlir”, Əməkdar artisti Gülüstan Əliyeva “Gəl al qadamı” və müğənni Məftun Məmmədli “Mən qocalardım” mahnılarını ifa ediblər. Konsertin son nömrəsi olan “Bəs harda qaldı” mahnısı Gülyaz və Gülyanaq Məmmədovların ifasında səsləndi. İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3063321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR