İrina Deryugina: Biz Azərbaycan Gimnastika Federasiyası ilə dostluq edirik

İrina Deryugina: Biz Azərbaycan Gimnastika Federasiyası ilə dostluq edirik
23:08 16 May 2019
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Biz Azərbaycanı çox sevirik, sizdə çox gözəl imkanlar var.

Bunu Trend-ə Ukrayna Gimnasitika Federasiyasının vitse-prezidenti, bədii gimnastika üzrə Ukrayna yığmasının baş məşqçisi İrina Deryugina deyib.

İ.Deryugina bildirib: "Biz Azərbaycan Gimnastika Federasiyası ilə dostuq və gələcəkdə yaxşı əməkdaşlıqa ümid edirik. Hələ Bakıya Dünya Çempionatına da gələcəyik".

Ukrayna yığmasının Bakıda keçirilən Avropa Çempionatına olan planlarında danışan baş məşqçi qeyd edib ki, onlar ən yüksək nəticələrə tuşlanıblar".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatı start götürüb.

16-19 may tarixlərində keçiriləcək bu çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışların ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə başlanılacaq. 17 may tarixində isə yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.

Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3063294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR