“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub (FOTO)

“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub (FOTO)
00:15 17 May 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçialimlərimiz” adlı layihənin növbəti qonağı Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.

Bakı Dövlət Universitetindən Trend-ə verilən məlumata görə, fakültə dekanı Azad Rzayev tədbir iştirakçılarını salamlayaraq professor Anar İsgəndərovun elmi fəaliyyəti haqqında danışıb.

Sonra professor Anar İsgəndərov həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, tələbəlik illəri, müəllimləri, xüsusilə tarixçi alim kimi yetişməsində müstəsna xidmətləri olan professor Ənvər Əhmədovla bağlı xatirlərini bölüşüb, yataqxana həyatının maraqlı anlarını yada salıb. A.İsgəndərov Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Bakı Xalq Komissarları sovetinin fəaliyyəti, 1918-ci il Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz-İslam ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Azərbaycan parlamentinin təsisi, Bakı Dövlət Universitetinin yaradılması haqqında ətraflı danışıb və gəncləri vətənpərvər olmağa səsləyib.

BDU-nun rektoru Elçin Babayev Anar İsgəndərova səmimi çıxışına görə təşəkkür edib.

Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova Anar İsgəndərovun həm alim, həm də insan kimi örnək olduğunu vurğulayıb.

Tədbir Anar İsgəndərovun rəhbərlik etdiyi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının magistrant və doktorantlarının çıxışları ilə yekunlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3063231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR