Fatmayi qəsəbəsində ər hamilə xanımını bıçaqlayıb, uşaq tələf olub

Fatmayi qəsəbəsində ər hamilə xanımını bıçaqlayıb, uşaq tələf olub
00:49 17 May 2019
99 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonu, Fatmayi qəsəbəsində hamilə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

ONA-nın xəbərinə görə, 19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.

 

Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki uşaq tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

 

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/314804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR