“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb

“Azərsığorta”nın fəaliyyəti məhdudlaşdırılıb
11:48 17 May 2019
Ölkə mətbuatı
A- A+

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin (“Azərsığorta”) fəaliyyəti məhdudlaşdırılıb.

Məhdudiyyət avtomobillərin icbari sığortası növünə tətbiq edilib.

Palatanın bununla bağlı bir qədər sonra rəsmi məlumat yayacağı gözlənilir.

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” üzrə bağladığı müqavilələrin Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğun olmaması ilə şirkətə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə sözügedən sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "Azərsığorta"ya sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb.

Bu barədə Palatanın açıqlamasında bildirilir. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/279024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR