"ABŞ Azərbaycana 27 ildə 1,3 milyard dollar maliyyə dəstəyi göstərib": Li Litzenberger

"ABŞ 27 ildir Azərbaycanın müstəqilliyini və iqtisadi inkişafını dəstəkləyir. Bu illər ərzində ABŞ Azərbaycana 1,3 milyard dollar maliyyə dəstəyi göstərib".

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

O bildirib ki, mart ayında səfir gələndən bu yana bir sıra mühüm müzakirələr keçirib:

"Azərbaycanın iqtisadi uğur hekayəsi məhz enerji sektoru olub. Cənub Qaz Dəhlizi Azərbaycanın siyasi və enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır. Eləcə də mühüm infrastruktur layihələri tamamlanıb. Məsələn, Bakı-Tbilisi-Qars kimi mühüm dəmir yolu layihəsi həyata keçirilib. Ələtdəki Beynəlxalq Ticarət Limanının qurulması yeni imkanların, münasibətlərin iqtisadi inkişaf konteksinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Bu uğur hekayəsini digər sahələrdə, məsələn iqtisadi sahədə də genişləndirmək istəyirik. Əminəm ki, ticari dialoqumuz, əqli mülkiyyət hüquqları, əmək, iqtisadi əlaqələrdə və s. sahələrə mühüm töhfə verəcək. Ümid edirəm ki, bu gün Komissiyanın iclası çərçivəsində gələcək layihələri işləyib rəqəmlərimizi artıra və konkret hədəfləri müəyyən edə biləcəyik".

Səfir bildirib ki, Azərbaycanın iqtisadi islahatlarının yaşı çox olmasa da, ancaq bu islahatlarla mütərəqqi nəticələr əldə edib:

"ABŞ şirkətləri məhz gömrük və vergi islahatları ilə bağlı çox müsbət rəylər söyləyiblər. Məhkəmə-hüquq müstəvisindəki növbəti islahatların bu mühiti daha da təkmilləşdirəcəyinə ümid bəsləyirik".

Səfir eyni zamanda qeyd edib ki, Azərbaycanın əqli mülkiyyət hüquqlarının qurulması sahəsində ciddi addımlar atacağına ümid bəsləyirik.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR