Azərbaycanlı politoloq Vaşinqtonun Türkiyə niyyətini ifşa etdi: "ABŞ-ın hədəfində olan şey..."

Azərbaycanlı politoloq Vaşinqtonun Türkiyə niyyətini ifşa etdi: "ABŞ-ın hədəfində olan şey..."
14:03 17 May 2019
98 Digər
Ölkə mətbuatı
A- A+

Donald Tramp hökuməti Türkiyəyə “Rusiyadan qəti şəkildə S-400 almayın” deyir, “Patriot”u isə satmaq niyyətində deyil.

Bəs ABŞ nə etmək istəyir?

Publika.az xəbər verir ki, məsələnin siyasi şərhini Türkiyənin Qərhrəmanmaraş Südçü İmam Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər Fakültəsinin professoru Toğrul İsmayıl verib.

Politoloq bildirib ki, ABŞ-ın S-400-lərə görə Ankaraya təzyiq göstərməsinin bir neçə səbəbi var: “Daha əvvəl rahib Enderyu Bransonun həbsi ilə bağlı iqtisadi təzyiqlər edildi. O zaman niyyət baş tutmadı. Bu dəfə S-400 sistemləri vasitəsilə təzyiqlər davam etdi. Suriya böhranında Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxınlaşması məsələsi ABŞ-ı dərindən narahat edən mövuzlardan biridir. ABŞ-ın hədəfində olan şey Türkiyə-Rusiya münasibətlərini pozmaq və Rusiyadan uzaqlaşdırmaq. ABŞ “Patriot”u satmadı, Türkiyə də S-400-ə üz tutdu. Düşünürəm ki, ABŞ-ın S-400 təzyiqinin səbəbi siyasi məsələdir.

Türkiyənin havadan müdafiə sisteminə ehtiyacı var. Türkiyə NATO ölkəsi olsa da, öz ehtiyacını alyansdan kənar ölkələrlə də qarşılaya bilər. Sadəcə sistemlər NATO-ya inteqrasiya edilməz. Türkiyə də bunu müdafiə edir".

Toğrul İsmayıl qeyd edir ki, S-400 beynəlxalq razılaşmadır: “Razılaşmanın Türkiyə tərəfindən ləğv olunması və ya təxirə salınması iqtisadi baxımdan böyük zərbə olar. Bundan başqa, olayın prestij tərəfi də var. Türkiyə ABŞ-ın təzyiqi ilə razılaşmadan imtina edərsə, imicinə ciddi xələl gətirə bilər. ABŞ özü həm olduqca bahalı olan sistemlərini satmır, həm də Türkiyənin başqa ölkədən sistem tədarük etməsinə qarşı çıxır. ABŞ-ın Türkiyəyə bu mövzuda “sən bundan imtina et, mən sənin bütün zərərini qarşılayaram” formatında alternativ təklif etməsi lazımdır. O da yoxdur”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/279047.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR