ABŞ-ın enerji məsələləri üzrə Dövlət Katibliyinin nümayəndələri gələn həftə Azərbaycana gələcək

"ABŞ-ın enerji məsələləri üzrə Dövlət Katibliyinin nümayəndələri və dövlət katibinin müavini gələn həftə Azərbaycana səfər edəcəklər".

Metbuat.az-ın məlumatına görə, bunu Bakıda keçirilən ABŞ-Azərbaycan İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclasında çıxış edən ABŞ Dövlət Katibinin iqtisadi məsələlər üzrə nümayəndəsi Piter Haas deyib.

Piter Haas bildirib ki, ölkələrimiz arasında etibarlı tərəfdaşlıq mövcuddur: "Qarşılıqlı əməkdaşlığımız müxtəlif sahələr üzrə cərəyan edir. Bu istər təhlükəsizlik olsun, istər qaz, enerji təhlükəsizliyi, ümumilikdə bütün region üçün sərhəd təhlükəsizliyi sahəsində çox güclü tərəfdaşlığımız var".

Peter Haas bildirib ki, əməkdaşlğımız kifayət qədər uzun məsafə qət edib:

"ABŞ şirkətləri enerji, neft-qaz sektoru, İKT, nəqliyyat və turizm sahəsində Azərbaycanda işləməyə böyük maraq göstərə bilərlər. Ümumiyyətlə, ABŞ şirkətləri ədliyyə və məhkəmə sistemi güclü olan ölkələrdə işləməyə üstünlük verir. Son illər isə Azərbaycan bu sahədə xeyli uğurlu addımlar atıb və irəliləyişlər əldə edib".

Piter Haas bildirib ki, dialoqlarımızın gələcəkdə də davam edəcəyinə inanıram.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR