“The Guardian” Azərbaycan səfirinin məktubunu çap etdi

“The Guardian” Azərbaycan səfirinin məktubunu çap etdi
14:31 15 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın “The Guardian” qəzeti ötən nömrələrinin birində Dağlıq Qarabağ ərazisinə turistik səyahətlə bağlı məqalə dərc etmişdi. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin qəzetdə həmin məqaləyə cavab məktubu dərc olunub.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və hazırda erməni silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazinin turistik zona kimi təqdim edilməsi həm beynəlxalq qanunlara, həm də Azərbaycan xalqına ən azı hörmətsizlikdir. Həmçinin bu, işğal altında olan ərazini nəzarətdə saxlamaq üçün təcavüzkarı təşviq etmək, yüz minlərlə qaçqın və məcburi köçkünün hüquqlarını tapdalamaqdır.

Cavab məktubunda vurğulanır ki, “The Guardian” separatçı rejimlərə qarşı öz mövqeyini bildirən bir mətbuat qurumudur. Eyni həssaslığın Azərbaycana da göstərilməsi vacibdir.

Britaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa və Azərbaycanın işğal altında olan digər ərazilərinə səyahətlə bağlı xəbərdarlıq edib. Bu ərazini “səyahət zonası” adlandırması dezinformasiyadır və ictimaiyyəti yanıltmaq deməkdir. Nəzərə alınmalıdır ki, Azərbaycanın işğal altındakı torpaqlarına icazəsiz girənlər gələcəkdə ölkənin digər ərazilərinə səyahət etməkdən məhrum olunurlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR