AB Əsəd rejiminə qarşı olan sanksiyaların müddətini uzatdı

Avropa Birliyi (AB), Əsəd rejiminə qarşı tətbiq olunan sanksiyaları daha 1 il müddətinə uzatmağa qərar verib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Şurası mülki əhaliyə qarşı təzyiqlərin davam etməsi səbəbindən Əsəd rejiminə və Suriyadakı tərəfdarlarına qarşı sanksiyaları 1 iyul 2020-ci ilə qədər uzadıb.

Qərarda həyatını itirən 5 nəfərin və 2 təşkilatın adı siyahıdan çıxarılıb. Hazırda Suriyada xalqa şiddət etməsinə görə adı AB-nin qara siyahısında olan şəxslərin sayı 270-dir. Adı qara siyahıda olan şəxslərə qarşı səyahət qadağası tətbiq edilir və onların AB-dəki aktivləri dondurulur. AB-nin Suriyada sanksiya tətbiq etdiyi qurumların sayı isə 70-dir. Bu qurumların, o cümlədən Suriya Mərkəzi Bankının da aktivləri dondurulub.

AB-nin Suriyaya qarşı tətbiq olunan sanksiyalarına investisiyaların məhdudlaşdırılması, xalqa təzyiq göstərmək üçün istifadə oluna biləcək texniki avadanlıqların və texnologiyanın ixracının qarşısının alınması və neft embarqosu da daxildir.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR