Ukraynanın xarici işlər naziri istefa verib

Ukraynanın xarici işlər naziri Pavel Klimkin istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə XİN rəhbəri “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Klimkin bildirib ki, bu gün istefa ərizəsini yazıb. Mayın 10-da yeni prezident Vladimir Zelenskinin mayın 20-də keçiriləcək andiçmə mərasimindən sonra istefa ərizəsini Ali Radaya və Ukraynanın yeni dövlət başçısına təqdim edəcək. Klimkin bildirib ki, düzgün qərar verib, çünki çünki Zelenski xarici siyasətlə bağlı yeni komandası ilə çalışmalıdır:

“Buna baxmayaraq, prinsiplərimiz üst-üstə düşən məqamlarda Zelenskiyə kömək etməyə hazıram”. O, eyni zamanda postunu istefasından sonra parlament seçkilərində iştirak edəcəyini də açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR