Ukraynanın yeni parlamentində azərbaycanlı deputat seçilib

Ukraynanın yeni parlamentində azərbaycanlı deputat seçilib
14:32 15 Yanvar 2015
108 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasına son seçkilərdə mandat qazananlar arasında azərbaycanlı da var.

Ukraynanın Azərbaycandakı səfirliyinin I katibi Sabir Rzayevin APA-ya verdiyi məlumata görə, bu şəxs əslən Azərbaycanın Naftalan rayonundan olan Roman Mikayıl oğlu (Mixayiloviç) Nəsirovdur. Yanvarın 14-də R. Nəsirov səfir Eynulla Mədətli ilə görüşüb.
 
Görüşdə Azərbaycanla Ukrayna arasında parlamentlərarası əlaqələrin inkişafı üçün səylərin artırılması, dostluq qrupunun fəaliyyətinin inkişafı, Ukrayna tərəfdən qrupun üzvlərinin formalaşdırılması, Azərbaycana səfərlərin təşkili kimi məsələlər müzakirə olunub. R. Nəsirova səfirlik tərəfindən Ukrayna dilində çap olunmuş Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix” kitabı, Aleksandr Merejkonun “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabı, eləcə də Ukrayna-Azərbaycan danışıq kitabçaları hədiyyə edilib.
 
Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Parlamentin Gömrük və vergi siyasəti komitəsinin sədridir. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR