Kanada və ABŞ polad və alyuminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Kanada və ABŞ  polad və alyuminium tədarükü ilə bağlı rüsumları ləğv edib
23:50 17 May 2019
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Kanada və ABŞ polad və aluminium tədarükü ilə bağlı rüsumların 48 saat ərzində ləğv edilməsinə dair razılıq əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə tərəflərin birgə bəyanatında deyilir. Həmçinin Kanadanın ABŞ-in bəzi məhsullarına cavab tarifləri ləğv edilib.

Məlumata əsasən, ABŞ və Kanada bu bəyannamənin verildiyi gündən iki gün gec olmayaraq, 232-ci maddəyə əsasən, Birləşmiş Ştatlar tərəfindən polad və aluminiuma tətbiq edilən bütün tarifləri və Kanada tərəfindən buna cavab olaraq tətbiq edilən bütün tarifləri ləğv etməyə razılıq verir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3063992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR