İstanbulda tanker tarixi binaya çırpılıb

İstanbulda tanker tarixi binaya çırpılıb
09:22 18 May 2019
125 Dünya
Ölkə mətbuatı
A- A+

Malta bayrağı altında olan "Vitaspirit" adlı tanker şənbə günü İstanbulda Bosfor boğazının sahilində yerləşən tarixi binaya çırpılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Sabah" qəzeti yazır. İstanbul administrasiyasının yaydığı bəyanata əsasən, gəmi Rusiya-Səudiyyə Ərəbistanı marşrutu üzrə arpa daşıyırdı. Tankerin bina ilə toqquşmasına səbəb olaraq mühərrikin sıradan çıxması gətirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Qəzetin məlumatına əsasən, bina XVII əsrdə tikilib. Hazırda isə toy və konsertlərin keçirilməsi üçün istifadə olunur. Daşınmaz əmlak bazarında onun qiyməti təxminən 85 milyon dollar təşkil edir. Toqquşma nəticəsində binanın ikinci və üçüncü mərtəbələrinin divarları tamamilə dağılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/755852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR