Azərbaycanlılar olan gəmi fırtınaya düşdü

Azərbaycanlılar olan gəmi fırtınaya düşdü
14:36 15 Yanvar 2015
134 Digər
Ölkə mətbuatı
A- A+

İçərisində azərbaycanlılar da olan gəmi fırtınaya düşdü. ANS PRESS-in məlumatına görə, Sent Vinsent bayrağı altında üzən və içərisində 1200 ton yük olan gəmi Türkiyədən Tunisin Bizerte limanına getmək üçün yola çıxıb. Lakin gəmi Kirit adasının cənubunda fırtınaya düşüb.

Gəminin fırtınaya dözə bilməyəcəyini görən türk kapitan yunanlardan kömək istəyib. Səhər saatlarında onlara gəmini tərk etmək əmri verilib. Ancaq kapitan son anda gəmiyə nəzarəti bərpa etdiyini deyərək bu əmrə riayət etməyib.

Günorta saatlarında hava yenidən kəskinləşib. Kapitan kömək üçün ikinci dəfə müraciət etməli olub.

Yunan Dəniz Qüvvələrinə məxsus Super Puma tipli helikopter gəmidə olan 3 türk, 2 azərbaycanlı və 1 gürcünü xilas edib. Xilas edilən gəmi heyəti Souda limanında xəstəxanaya yerləşdiriliblər.

Yunanıstanın təhlükəsizlik qüvvələri limandan 1,5 mil uzaqda kimsəsiz qalan gəmiyə nəzarət edirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=319850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR